Siettldə, "Seattle Center" mərkəzində qida festivalı zamanı atışma baş verib.
525.az xarici KİV-ə istinadən xəbər veriri ki, olay dünən yaşanıb.
Atışma zamanı 2 nəfər hadisə yerində keçinib. Bir nəfər isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Daha 4 nəfər güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Onlardan biri 2 yaşlı oğlan uşağıdır.
Dərhal hadisə yerinə gələn polis cinayətkarlardan birini yaxalayıb. Digərinin axtarışı davam edir.
Qeyd edək ki, yerli polis idarəsinin rəis müavini Tayron Devis mətbuata açıqlamasında atışmanın 2 nəfər arasında baş verdiyini və bundan günahsız insanların zərər gördüyünü bildirib. Devis həmçinin, araşdırma aparıldığını, olayın detallarını aydınlaşdırdıqlarını da söyləyib.
L.Tağıyeva
çap et