525.Az

Elbrusda həlak olan alpinistlərin cəsədləri tapıldı


 

Elbrusda həlak olan alpinistlərin cəsədləri tapıldı<b style="color:red"></b>

Elbrus dağında həlak olmuş 3 bosniyalı alpinistin də cəsədi tapılıb.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya FHN-nin nəzdində fəaliyyət göstərən Elbrus yüksək dağlıq ərazidə axtarış-xilasetmə dəstəsi məlumat yayıb.  

Məlumatda cəsədlərin düşürülməsi istiqamətində tədbirlər görüldüyü də bildirilir.

Xatırladaq ki, iyulun 25-də bosniyalı alpinistlərdən biri 5 min metr yüksəklikdə 6 yoldaşının qaldığını, onların özlərini pis hiss etdiklərini məlumat verərək kömək istəmişdi. Xilasedicilər həmin gün 2 alpinistin cəsədini, 1 nəfəri isə sağ tapmışdılar. Qalan 3 nəfərin cəsədi isə bu gün aşkarlanıb.

L.Tağıyeva

 





27.07.2026    çap et  çap et