525.Az

“Britaniya İrana qarşı hücumlarda məsuliyyət daşıyır” – Bəqayi


 

“Britaniya İrana qarşı hücumlarda məsuliyyət daşıyır” – <b style="color:red">Bəqayi</b>

“İran ABŞ-ın Yaxın Şərqdə keçirdiyi hərbi əməliyyatlarda Böyük Britaniyanın bazalarından istifadə etdiyini bilir və London hərbi təcavüzdə şərik olduğuna görə məsuliyyət daşımalıdır”.

5225.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai deyib.

"ABŞ və İsrailin İrana qarşı 40 günlük təcavüzü zamanı Birləşmiş Ştatların Britaniya hərbi bazalarından istifadə etdiyi barədə məlumatlıyıq. Britaniyanın yeni Baş nazirinin bu məsələ ilə bağlı açıqlaması faktiki olaraq iştirakçılığın etirafı və təsdiqidir. Britaniya hökuməti buna görə məsuliyyət daşımalıdır", - Bəqayi bildirib.

O, həmçinin əlavə edib ki, Londonun İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıması beynəlxalq hüququn pozulmasıdır və Tehran müvafiq tədbirlər görəcək.

Qeyd edək ki, iyulun 21-də Böyük Britaniyanın yeni Baş naziri Endi Börhnem İrana qarşı zərbələrdə ölkəsinin hərbi hava bazalarından istifadəyə icazə verdiyini bildirib.

Pərvanə Sultanova

 





27.07.2026    çap et  çap et