525.Az

Ukrayna səfiri dənizçinin ölümünə görə Hindistan XİN-ə çağırılıb


 

Ukrayna səfiri dənizçinin ölümünə görə Hindistan XİN-ə çağırılıb<b style="color:red"></b>

Ukraynanın Hindistandakı səfiri Aleksandr Polişuka Qara dənizdə gəmiyə hücumu və bir hindistanlı dənizçinin ölümünə görə bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

525.az xəbər verir ki, bu barədə Hindistanın Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Qeyd olunub ki, söhbət "MV OMORFI” ticarət gəmisinə hücumdan və bir Hindistan vətəndaşının faciəvi şəkildə ölümündən gedir.

"Nazirlik bu hadisə ilə bağlı ciddi narahatlığını ifadə edib, ticarət gəmilərinə bu cür hücumları ən sərt şəkildə pisləyərək, onların dəniz təhlükəsizliyinə, naviqasiya azadlığına və beynəlxalq ticarətə mənfi təsirini qeyd edib. 

Səfirdən Ukrayna hakimiyyətinə Hindistanın ticarət gəmilərinə edilən hücumlarla bağlı ciddi narahatlığını çatdırması, günahsız mülki dənizçilərin həyatını təhdid edən bu cür hərəkətlərin qəbuledilməz olduğunu və bundan çəkinilməsinin vacibliyini bir daha vurğulaması xahiş olunub", - bəyanatda deyilir.

Hindistan mediası hind dənizçinin Ukraynanın pilotsuz təyyarəsinin hücumu nəticəsində həyatını itirdiyi barədə məlumat yayıb.

Pərvanə Sultanova

 





27.07.2026    çap et  çap et