Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov Saidov Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsinin surətlərini qəbul edib.
525.az xəbər verir ki, bu barədə Özbəkistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.
Saidov iki ölkə arasında tarixi və mədəni əlaqələri vurğulayıb, liderlər arasında yüksək səviyyədə etimadın olduğunu qeyd edib.
Tərəflər siyasi dialoqun dinamikasını qoruyub saxlamağa, ticarət, iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsinə, nəqliyyat və logistika sahələrində birgə layihələrin təşviqinə xüsusi diqqət yetiriblər.
Özbəkistanın XİN başçısı Rəşad Məmmədovun diplomatik təcrübəsinin Özbəkistan-Azərbaycan müttəfiqlik münasibətlərinin daha da möhkəmlənməsinə və iki ölkə arasında praktik əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
Pərvanə Sultanova
çap et