525.Az

Netanyahu ABŞ-a yola düşüb


 

Netanyahu ABŞ-a yola düşüb<b style="color:red"></b>

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona yola düşüb.

525.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Netanyahu səfərə yola düşməzdən əvvəl bildirib ki, ABŞ prezidenti ilə gündəmdəki bütün məsələləri, xüsusən də İranı müzakirə edəcək.

"Trampla görüşmək üçün Vaşinqtona gedirəm. Bu, ikinci müddətə ABŞ prezidenti seçilməsindən bəri onunla səkkizinci görüşümdür. Baş nazir kimi təcrübəm göstərir ki, bu çətin dövrlərdə böyük qətiyyət və böyük müdrikliklə hərəkət etmək lazımdır. Gündəmdəki bütün məsələləri, xüsusən də İranı müzakirə edəcəyik", - Netanyahu bildirib.

 Baş nazirin çıxışlarının videoyazısı onun ofisi tərəfindən yayımlanıb.

Pərvanə Sultanova

 





27.07.2026    çap et  çap et