525.Az

Xərçəngdən əziyyət çəkən Bayden ictimai fəaliyyətini məhdudlaşdırıb


 

Xərçəngdən əziyyət çəkən Bayden ictimai fəaliyyətini məhdudlaşdırıb<b style="color:red"></b>

Xərçəng xəstəliyindən müalicə alan keçmiş ABŞ prezidenti Co Bayden nəzərəçarpacaq dərəcədə zəifləyib və ictimai fəaliyyətlərini azaldıb.

525.az xəbər verir ki, bu barədə “The Washington Post” (WP) qəzeti məlumat yayıb.

Nəşr yazıb ki, prezidentlik müddətinin bitməsindən 18 ay sonra 83 yaşlı Bayden qohumları, köhnə dostları və uzun müddət köməkçiləri olan məhdud çevrədə hərəkət edir.

Keçmiş prezidentin yaxınları bildiriblər ki, tətbiq olunan müalicə görünür, müsbət nəticə verir. Lakin xəstəlik və terapiyanın fəsadları siyasətçini ciddi şəkildə zəiflədib. Buna görə də Baydenin yaxınları onun Ağ Evdən ayrıldıqdan sonrakı həyatını "xəstəliyin kölgəsində qalan bir həyat" kimi xarakterizə edirlər.

Co Bayden 2025-ci ilin may ayında ona xərçəngi diaqnozunun qoyulduğunu açıqlayıb.

İyun ayında keçmiş birinci xanım Jill Bayden NBC News-a verdiyi açıqlamada xərçəngin sümüklərinə metastaz verdiyini və həyat yoldaşının ömrünün sonuna qədər xəstəliklə mübarizə aparacağını bildirib.

Pərvanə Sultanova

 





27.07.2026    çap et  çap et