525.Az

Bakıda güclü külək səbəbindən təcili yardıma müraciət edənlərin sayı artıb


 

Bakıda güclü külək səbəbindən təcili yardıma müraciət edənlərin sayı artıb<b style="color:red"></b>

Bakıda iyulun 27-də güclü külək nəticəsində dörd nəfər (2 kişi, 2 qadın) xəsarət alıb.

Bu barədə 525.az-a TƏBİB-dən məlumat verilib.

Onlardan ikisi (1 qadın, 1 kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Bir kişinin müalicəsi KTM-in Neyrocərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.

Bir qadına isə zəruri tibbi xidmətlər göstərilib, vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.

İki nəfər isə Səhiyyə Nazirliyinin tabeliyində olan Elmi-Tədqqiat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.

 





27.07.2026    çap et  çap et