525.Az

Bu il əlilliyi olan 2 100 şəxs işlə təmin edilib


 

Bu il əlilliyi olan 2 100 şəxs işlə təmin edilib<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi əlilliyi olan şəxslərin məşğulluğunun artırılması istiqamətində tədbirlərini davam etdirir.

ƏƏSMN-dən 525.az-a verilən məlumata görə, cari ildə Agentliyin dəstəyi ilə 2 100 əlilliyi olan şəxs münasib işlə təmin edilib.

Bildirilib ki, onların əmək bazarına çıxışının artırılması məqsədilə peşə hazırlığı kursları təşkil olunub: "Cari ildə 224 əlilliyi olan şəxs bu kurslara cəlb edilib və təlimləri uğurla başa vuranların işlə təmin olunmasına dəstək göstərilib".

 





27.07.2026    çap et  çap et