Güclü küləyin təsiri nəticəsində daha bir nəfər, 2021-ci il təvəllüdlü şəxs Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.
525.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, aparılan müayinələr nəticəsində pasiyentə sağ əlin ikinci barmağının əzilmiş cırılmış yarası diaqnozu qoyulub. Xəstəyə rentgen müayinəsi edilib, azeptik sarğı və gips langet qoyulub.
Pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. Ona ev şəraitində müalicə və tibbi nəzarətlə bağlı müvafiq tövsiyələr verilib.
çap et