525.Az

"Turan Tovuz" Türkiyə klubu ilə heç-heçə etdi


 

"Turan Tovuz" Türkiyə klubu ilə heç-heçə etdi<b style="color:red"></b>

Yeni mövsümə hazırlıqlarını Ankarada davam etdirən “Turan Tovuz” bu gün ikinci yoxlama matçına çıxıb.

525.az xəbər verir ki, Kurban Berdıyevin komandası Türkiyənin “Fatih Karagümrük” klubu ilə qarşılaşıb. 1-ci liqa təmsilçisi ilə görüş 11:1 hesabı ilə yekunlaşıb. Tovuz klubunun qolunu İbrahima Vadji vurub.

Qeyd edək ki, “Turan Tovuz” Ankara hazırlığı çərçivəsində artıq bir oyun keçirib. Komanda İranın U-21 yığması ilə heç-heçə edib – 1:1.

 





27.07.2026    çap et  çap et