525.Az

“Kredit sığortasının məcburi tətbiqi bu risklərin aradan qaldıra bilər - İqtisadçı


 

“Kredit sığortasının məcburi tətbiqi bu risklərin aradan qaldıra bilər - <b style="color:red">İqtisadçı </b>

“Kredit götürən şəxsin vəfat etməsi və ya öhdəliklərini yerinə yetirməsinə mane olan digər gözlənilməz hallar baş verdikdə, kredit borcu əksər hallarda vərəsələrin üzərinə keçir. Bu isə mirasın bölüşdürülməsi zamanı əlavə hüquqi və maliyyə problemlərinin yaranmasına səbəb olur. Belə vəziyyətlərdə ailələr həm maddi, həm də psixoloji baxımdan çətinliklərlə üzləşirlər”.

Bunu iqtisadçı-ekspert Günay Hüseynova 525.az-a bildirib. Ekspert qeyd edib ki, bu kimi halların artması bankların və digər kredit təşkilatlarının kredit portfelinə də mənfi təsir göstərir: “Problemli kreditlərin çoxalması maliyyə sektorunda riskləri artırır, kredit təşkilatlarının itkilərinə səbəb olur və nəticədə həm kreditor, həm də borcalan tərəf zərər çəkir:

“Kredit sığortasının məcburi tətbiqi bu risklərin əhəmiyyətli hissəsini aradan qaldıra bilər. Belə ki, borcalanla bağlı gözlənilməz hadisə baş verdiyi halda, sığorta şirkəti müqavilə şərtlərinə uyğun olaraq öhdəlikləri qarşılayar və kredit borcu kompensasiya olunar. Bu, bir tərəfdən vətəndaşın ailəsini əlavə maliyyə yükündən qoruyar, digər tərəfdən isə bankların problemli kreditlərinin azalmasına və maliyyə sabitliyinin güclənməsinə töhfə verər”.

Sevinc Qarayeva 
 

 





28.07.2026    çap et  çap et