"Əgər işçi əmək müqaviləsində nəzərdə tutulan iş vaxtını tam yerinə yetirirsə və əmək funksiyalarını icra edirsə, onun əməkhaqqı əvvəlki qaydada ödənilməlidir. Əməkhaqqında dəyişiklik yalnız tərəflərin razılığı ilə əmək müqaviləsinə edilən dəyişikliklər və ya qanunvericilikdə nəzərdə tutulan digər əsaslar olduqda mümkündür. Çevik iş vaxtı rejimi işçinin gündəlik işə başlama və bitirmə saatlarının müəyyən çərçivədə dəyişdirilməsinə imkan verən əmək təşkilatı modelidir. Bu sistemdə əsas şərt odur ki, işçi qanunvericiliklə və ya əmək müqaviləsi ilə müəyyən edilmiş ümumi iş saatını tamamlasın”.
İqtisadçı ekspert Akif əsirli bunu 525.az-a deyib. İqtisadçıını sözlərinə görə, çevik iş vaxtı rejiminin tətbiqi hər sahədə mümkün olmaya bilər:
“Xüsusilə istehsalat, xidmət, səhiyyə, təhlükəsizlik və fasiləsiz fəaliyyət göstərən müəssisələrdə işin xarakterindən asılı olaraq bu model məhdud şəkildə və ya ümumiyyətlə tətbiq edilməyə bilər. Daha çox ofis işi və məsafədən icrası mümkün olan peşələrdə bu rejimin tətbiqi real görünür".
Sevinc Qarayeva
çap et