525.Az

“Bu, yeni düşüncə tərzinin və gələcəyin təhsil modelinin möhkəmlənməsinin göstəricisidir” - Təhsil eksperti


 

“Bu, yeni düşüncə tərzinin və gələcəyin təhsil modelinin möhkəmlənməsinin göstəricisidir” - <b style="color:red">Təhsil eksperti</b>

“STEAM təhsilinin nəticələri artıq görünməyə başlayıb. Şagirdlər beynəlxalq olimpiadalarda və texnoloji yarışlarda daha çox uğur qazanır; Məktəblərdə layihə mədəniyyəti genişlənir; Universitetlər yeni mühəndislik və texnologiya proqramlarında daha hazırlıqlı tələbələrlə qarşılaşır; Gənclərdə elmə maraq artır və bu da ölkənin innovativ inkişaf potensialını daha da gücləndirir”.

Təhsil eksperti Əmrah Həsənli bunu 525.az-a söyləyib. Ekspert qeyd edib ki, STEAM Azərbaycanın 5 illiyi sadəcə bir tarix deyil  bu, yeni düşüncə tərzinin, yeni məktəb mədəniyyətinin və gələcəyin təhsil modelinin möhkəmlənməsinin göstəricisidir:

“Bu modelin genişlənməsi ilə Azərbaycanda daha yaradıcı, daha bacarıqlı və daha qlobal baxışlı bir nəsil yetişəcəyinə tam əminik".

Sevinc Qarayeva 
 

 





28.07.2026    çap et  çap et