525.Az

Rusiyada dəhşətli avtoqəza


 

Rusiyada dəhşətli avtoqəza<b style="color:red"></b>

Moskva vilayətində dəhşətli avtoqəza baş verib.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, qəza zamanı BMW markalı minik avtomobilində olan 2 nəfər diri-diri yanıb.

Faciə bu gecə Kalujsk yolunda yaşanıb. Yüksək sürətlə qarşı yola çıxan BMW yük avtomobilinə çırpılıb. Bundan sonra motosikletə də dəyən avtomobildə yanğın başlayıb və sürücü ilə  sərnişin diri-diri yanıb.

Qeyd edək ki, qəza iştirakçısı olan motosikletin sürücüsü xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

L.Tağıyeva

 





28.07.2026    çap et  çap et