Çernobıl Təcrid Zonasında meşə yanğınları qeydə alınıb.
525.az Ukraynaya mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yanğın otluq, meşəlik və kolluq ərazilərdə baş verib. Məlumatda əsas yanğın ocaqlarının söndürüldüyü, amma alovun tam ram edilmədiyi də bildirilir. Həmçinin, yanğının zonada radiasiyaya təsir etmədiyi də qeyd olunur.
Xatırladaq ki, may ayında Çetnobıl Təcrid Zonasında güclü meşə yanğınları baş vermiş, 1100 hektardan çox ərazi tamamilə yanmışdı. Ötən ay isə 4 yanğın vaxtında söndürüldüyündən ciddi fəsadlar yaşanmamışdı.
L.Tağıyeva
çap et