525.Az

Dünyanın ən gözəl ərli qadını


 

Dünyanın ən gözəl ərli qadını<b style="color:red"></b>

Rusiyalı Lyudmila Sekriy dünyanın ən gözəl ərli qadını seçilib.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 39 yaşlı Sekriy Malayziyanın paytaxtı Kuala-Lumpurda təşkil olunan "Missis Dünya 2026" beynəlxalq gözəllik  yarışmasında 40 rəqibini qabaqlayaraq qalib olub.

Moskva vilayətinin Vidnoye şəhərində yaşayan Lyudmila 4 uşaq anasıdır. O, bizneslə məşğuldur və tikinti şirkətinə sahibdir. 

Yeri gəlmişkən, Sekriy bundan əvvəl Rusiyanın ən gözəl ərli qadını seçilmiş və bu qalibiyyət sayəsində Malayziyadakı yarışa qoşula bilmişdi.

L.Tağıyeva

 





28.07.2026    çap et  çap et