Bu ilin yanvar-iyun aylarında 97 208 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib.
Bu barədə 525.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.
Məlumata görə, onlardan 22 690-ı pensiya, 65 564-ü müavinət və 8 954-ü təqaüd təyinatıdır.
çap et