525.Az

Bakı və Abşeronun bəzi qəsəbələrində iki gün su olmayacaq


 

Bakı və Abşeronun bəzi qəsəbələrində iki gün su olmayacaq<b style="color:red"></b>

Bakı şəhərinin və Abşeron rayonunun bəzi qəsəbələrində içməli suyun verilişində müvəqqəti fasilə yaranacaq.

Bu barədə 525.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus "İri Şəhərlərin Su Təchizatı" QSC-dən məlumat verilib.

Bildirilib ki, buna səbəb Abşeron rayonu, Saray, Ceyranbatan, Mehdiabad, Fatmayı, Goradil qəsəbələri, Corat bağ massivi, eləcə də Sabunçu rayonu, Kürdəxanı, Pirşağı, Ramana, Maştağa, Bilgəh və Nardaran qəsəbələrinin bəzi ərazilərini içməli su ilə təmin edən istismar müddəti başa çatmış qəzalı su xəttinin bir hissəsinin yenisi ilə əvəz olunması işləridir.

Məlumata görə, təmir işləri ilə əlaqədar iyulun 28-i səhər saatlarından iyulun 30-u günorta saatlarınaq qədər qeyd olunan ərazilərdə su təchizatında fasilə olacaq.

 





28.07.2026    çap et  çap et