525.Az

Küləkli hava günortadan sonra tədricən mülayimləşəcək


 

Küləkli hava günortadan sonra tədricən mülayimləşəcək<b style="color:red"></b>

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir.

Bu barədə 525.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22, Culfada 21, Neftçalada 20, Naftalanda 18 m/s-yə çatır.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin bu gün günorta saatlarından etibarən tədricən mülayimləşəcəyi gözlənilir.

 





28.07.2026    çap et  çap et