Şərqi Afrika ölkəsi Uqandada baş verən aclıq səbəbindən 19 nəfər həyatını itirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Karamoja bölgəsindəki əlverişsiz şərait səbəbindən ən azı 1,5 milyon insanın təhlükə altında olduğu bildirilib.
Aylarla davam edən quraqlıq və gözlənilən mövsümi yağışların yağmaması səbəbindən Karamojadakı əkin sahələrinin böyük bir hissəsində məhsul verilməyib. Yaranan ərzaq çatışmazlığı səbəbindən Uqanda hökuməti Karamoja bölgəsində təcili yardım paylamağa başlayıb.
İbrahim Cəfərov
çap et