İraqın Baş naziri Əli Zeydi Türkiyəyə rəsmi səfər edək.
525.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin direktoru Burhanəddin Duran sosial media hesabında paylaşım edib.
“Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın dəvətinə cavab olaraq, İraq Baş naziri Əli Zeydi 28 iyul 2026-cı ildə ölkəmizə rəsmi səfər edəcək. Səfər zamanı iki ölkə arasındakı münasibətlər təhlükəsizlik, ticarət, enerji, nəqliyyat və su idarəçiliyi də daxil olmaqla bütün aspektlər nəzərdən keçiriləcək və regional və qlobal inkişaflar barədə fikir mübadiləsi aparılacaq”, - deyə B.Duran bildirib.
İbrahim Cəfərov
çap et