Yaponiyanın Kyuşu adası sahillərində 7.1 bal gücündə zəlzələ baş verib.
525.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti və Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Zəlzələdən sonra sahil əraziləri üçün sunami xəbərdarlığı verilib. Səlahiyyətlilər insanları okeandan və sahildən uzaq durmağa çağırıblar.
10 kilometr dərinlikdə qeydə alınan zəlzələdən sonra ölüm və ya xəsarət alan olmayıb.
Zəlzələnin Kumamoto əyalətinin Yatsuşiro, Uto və Maşiki bölgələrində də güclü hiss olunduğu bildirilib.
İbrahim Cəfərov
çap et