525.Az

"O, UNEC-in gələcəyə baxışını və müasir tələblərə uyğun formalaşdırdığı akademik yanaşmanı özündə əks etdirir" - Rektor


 

"O, UNEC-in gələcəyə baxışını və müasir tələblərə uyğun formalaşdırdığı akademik yanaşmanı özündə əks etdirir" - <b style="color:red">Rektor</b>

"UNEC Tədris Kataloqu 2026 artıq hazırdır. Bu kataloq sadəcə ixtisasların siyahısı deyil. O, UNEC-in gələcəyə baxışını və müasir tələblərə uyğun formalaşdırdığı akademik yanaşmanı özündə əks etdirir".

Bunu 525.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin ( UNEC) rektoru professor Ədalət Muradov deyib. Rektor bildirib ki, 2026-cı il Tədris Kataloqunda bakalavriat və magistratura proqramları, tədris planları, təhsil imkanları, beynəlxalq əməkdaşlıqlar, ikili diplom proqramları, tələbələrin akademik inkişafını dəstəkləyən yeniliklər və digər faydalı məlumatlar təqdim olunur:

"Bu kataloq hər bir abituriyentə, tələbəyə və valideynə qərar verməkdə etibarlı bələdçi olacaq".

Sevinc Qarayeva 

 

 





28.07.2026    çap et  çap et