525.Az

Elçin Hüseynli Azərbaycanın Hindistanda səfiri vəzifəsindən geri çağırılıb, İtaliyada səfir təyin edilib


 

Elçin Hüseynli Azərbaycanın Hindistanda səfiri vəzifəsindən geri çağırılıb, İtaliyada səfir təyin edilib<b style="color:red"></b>

Elçin Nəriman oğlu Hüseynli Azərbaycan Respublikasının Hindistan Respublikasında, eyni zamanda Banqladeş Xalq Respublikasında, Butan Krallığında, Maldiv Respublikasında, Nepalda və Şri-Lanka Demokratik Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

525.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Prezidentin digər Sərəncamı ilə Elçin Hüseynli Azərbaycan Respublikasının İtaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

 





28.07.2026    çap et  çap et