525.Az

Fransada dəhşətli olay, evdən 5 körpə meyiti tapıldı


 

Fransada dəhşətli olay, evdən 5 körpə meyiti tapıldı<b style="color:red"></b>

Dünən Voklyuz əyalətinin Oranj şəhərində dəhşətli olay yaşanıb. 

525.az xarici KİV-ə istinadən xəbər verir ki, polis yaşayış evlərinin birində 5 yeni doğulmuş körpənin meyitini aşkarlayıb.

Meyitlər karton qutularda olub. Mənzil adı açıqlanmayan cütlüyə məxsusdur. O da məlumdur ki, qadın hamilə imiş və dünən dünyaya sağlam uşaq gətirib. Həmin körpədən başqa daha 4 uşağın da meyiti evdə olub ki, bunun da izahı hələ verilməyib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Qeyd edək ki, bənzər hadisə bu ilin fevralında Yuxarı Sona departamentində də baş vermişdi. Həmin vaxt bir qadının mənzilindəki soyuducuda 2 körpənin meyiti aşkarlanmışdı.

L.Tağıyeva

 





28.07.2026    çap et  çap et