Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin Pekində dövlət səfərində olan Slovakiya prezidenti Peter Pelleqrini ilə görüşüb.
525.az bu barədə “Sinxua” agentliyinə istinadən xəbər verir.
Si Cinpin görüşdə bildirib ki, Slovakiyanın Çin-Avropa İttifaqı (Aİ) münasibətlərinin sağlam və davamlı inkişafının təşviqində konstruktiv rol oynayacağına ümid edir.
O deyib ki, Çin həmişə Aİ-yə tərəfdaş kimi baxır və onunla münasibətlərini səmimiyyət və xoşməramlılıq əsasında inkişaf etdirir.
Pərvanə Sultanova
çap et