Dünən axşam saatlarında Barselona metrosunda baş verən yanğında 137 nəfər tüstüdən zəhərlənib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, onlardan 40-ı xəstəxanaya yerləşdirilib.
Hadisənin detalları da məlum olub. Belə ki, Klotdan Qloriesə gedən qatarın maşinisti tuneldə yanğın görüb və 50 metr məsafədə qatarı saxlaya bilib. Bundan sonra dərhal hadisə barədə dispetçerə məlumat verib. Qaydalara görə sərnişinlər yanğınsöndürənlər gələnə kimi qatarı tərk etməməlidirlər. Amma qatı tüstü qatarlara dolduğundan 300-dən çox sərnişin dərhal tunellə ərazidən uzaqlaşmaq məcburiyyətində qalıb. Yanğının baş vermə səbəbləri dəqiq bəlli deyil. Hadisə nəticəsində xətdə hərəkət tam dayandırılıb.
Yeri gəlmişkən, bu gün səhərə olan məlumata görə, qəzanın fəsadları aradan qaldırılıb və sözügedən xətdə qatarların hərəkəti bərpa olunub.
L.Tağıyeva
çap et