Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov avqustun 14-də Bərdədə vətəndaşların müraciətlərini dinləyəcək.
525.az-a bu barədə agentlikdən məlumat verilib.
Bildirilib ki, qəbul zamanı imtiyazlı şəxslərin mənzil (fərdi ev), avtomobil təminatı, sanatoriya-kurort yollayışları ilə təminatı və digər sosial məsələlər üzrə müraciətlərinə cavab veriləcək.
Qeyd olubub ki, müraciət etmək istəyən vətəndaşlar avqustun 11-nə qədər (012) 525-41-30 (daxili: 5614) telefon nömrəsinə zəng edərək, [email protected] elektron poçt ünvanına məktub göndərərək, yerli filiala yaxınlaşaraq, həmçinin agentliyin sosial şəbəkə hesabları vasitəsilə qəbula yazıla bilərlər.
çap et