525.Az

ASCO sərnişindaşımanı 4 faizə yaxın artırıb


 

ASCO sərnişindaşımanı 4 faizə yaxın artırıb<b style="color:red"></b>

Bu ilin I yarısında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) 13 219 nəfər sərnişin daşıyıb.

525.az-a bu barədə səhmdar cəmiyyətindən bildirilib.

Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 % çoxdur. 2025-ci ilin I yarımilində daşınan sərnişinlərin sayı 12 783 nəfər olub.

Hesabat dövründə ən yüksək sərnişin daşınması iyun ayında qeydə alınıb. Həmin ay 2 944 nəfər daşınıb ki, bu da ötən ilin eyni ayı ilə (2 344 nəfər) müqayisədə 25,6 % artım deməkdir.

Yanvar–iyun aylarında Ələt–Kurık və Kurık–Ələt marşrutları üzrə ümumilikdə 8 497 nəfər sərnişin daşınıb. Onlardan 4 658 nəfəri Ələt–Kurık, 3 839 nəfəri isə Kurık–Ələt istiqamətində səfər edib.

Eyni dövrdə Ələt–Türkmənbaşı və Türkmənbaşı–Ələt marşrutları üzrə 4 722 nəfər sərnişin daşınıb. Sərnişinlərin 2 692 nəfəri Ələt–Türkmənbaşı, 2 030 nəfəri isə Türkmənbaşı–Ələt istiqamətində səyahət edib.

 





28.07.2026    çap et  çap et