525.Az

17 yaşlı qazax “Çelsi”də debüt oyununda qol vurdu


 

17 yaşlı qazax “Çelsi”də debüt oyununda qol vurdu<b style="color:red"></b>

Qazaxıstan millisinin hücumçusu Dastan Satpayev “Çelsi”nin əsas heyətində ilk oyununa çıxıb.

525.az xəbər verir ki, London klubunun baş məşqçisi Xabi Alonso 17 yaşlı futbolçuya Avstraliyanın “Vestern Sidney Uonderers” komandası ilə yoxlama görüşündə (6:4) start heyətində şans verib.

Satpayev matçın 7-ci dəqiqəsində rəqib qapısına yol taparaq “Çelsi”nin heyətində ilk matçında debüt qolunu vurub.

Görüş Sidneydəki “Akkor” stadionunda, “Çelsi”nin Avstraliyadakı mövsümöncəsi hazırlıq turu çərçivəsində keçirilib.

 





28.07.2026    çap et  çap et