"ASAN xidmət" modeli Azərbaycanın xidmət ixracı potensialını beynəlxalq aləmdə nümayiş etdirir".
525.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Beynəlxalq tərəfdaşlarımızla ünsiyyətdə Azərbaycanın qlobal brendinə çevrilmiş "ASAN xidmət" modelinə göstərilən yüksək marağı və onun tətbiqindən ifadə olunan məmnuniyyəti eşitmək qürurvericidir. Dövlət xidmətlərinin vahid məkanda və innovativ yanaşmalar əsasında təqdim edilməsi biznes mühitinin daha da yaxşılaşdırılmasına və rəqəmsal iqtisadiyyatın inkişafına xidmət edir. "ASAN xidmət" modelinin müxtəlif ölkələrdə uğurla tətbiqi Azərbaycanın bilik və təcrübə əsaslı xidmət ixracı potensialını nümayiş etdirir. Bu model ölkəmizin idarəetmə sahəsində formalaşdırdığı innovativ həllərin beynəlxalq səviyyədə paylaşılmasına, yeni institusional tərəfdaşlıqların qurulmasına və yüksək əlavə dəyər yaradan fəaliyyətinin genişlənməsinə töhfə verir",-deyə nazir qeyd edib.
çap et