525.Az

Azərbaycan Yunanıstanla müntəzəm hava əlaqəsinin perspektivlərini müzakirə edib


 

Azərbaycan Yunanıstanla müntəzəm hava əlaqəsinin perspektivlərini müzakirə edib<b style="color:red"></b>

Azərbaycan və Yunanıstan ikitərəfli münasibətlərin inkişafı üçün müntəzəm birbaşa hava əlaqəsinin genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

525.az xəbər verir ki, bu barədə Yunanıstanın Azərbaycandakı səfirliyinin feysbuk sosial şəbəkəsindəki səhifəsində paylaşım edilib.

Məlumata görə, bununla bağlı müzakirələr Yunanıstanın Bakıdakı səfiri Mariya Papakonstantinu ilə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev arasında görüşdə aparılıb.

Bundan başqa, tərəflər artıq ardıcıl olaraq ikinci ildir ki, həyata keçirilən Bakı–İraklion birbaşa aviareysinin saxlanılmasının vacibliyini vurğulayıblar.

Qeyd edilib ki, iki ölkə arasında müntəzəm birbaşa hava əlaqəsinin işə düşməsi turizm, iqtisadi və humanitar əlaqələrin möhkəmləndirilməsi yolunda mühüm addım olacaq.

 





28.07.2026    çap et  çap et