525.Az

Yaponiya Azərbaycanla parlamentlərarası əlaqələri inkişaf etdirməkdə maraqlıdır


 

Yaponiya Azərbaycanla parlamentlərarası əlaqələri inkişaf etdirməkdə maraqlıdır<b style="color:red"></b>

İyulun 28-də Milli Məclisin Yaponiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əminə Ağazadə Yaponiya Parlamentinin Müşavirlər Palatasının üzvü Miçihiro İşibaşinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

525.az-a Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə Əminə Ağazadə bu səfərin ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsinə, həmçinin parlamentlərarası dialoqun inkişafına töhfə verəcəyinə əminliyini bildirib. O, Azərbaycan-Yaponiya münasibətlərinin qarşılıqlı hörmət, etimad və uzunmüddətli tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu, son dövrdə siyasi dialoqun intensivləşməsinin və yüksəksəviyyəli qarşılıqlı təmasların əlaqələrimizə yeni dinamika qazandırdığını deyib. Qeyd olunub ki, iki ölkə arasında iqtisadiyyat, enerji, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq yeni mərhələyə yüksəlib.

Yaponiya parlamentinin Müşavirlər Palatasının üzvü Miçihiro İşibaşi isə göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O, Azərbaycan ilə əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını ifadə edərək, qarşılıqlı səfərlərin və təmasların ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsində əhəmiyyətini qeyd edib.

Söhbətdə parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərin inkişafındakı rolundan bəhs olunub. Qanunverici orqanlar arasında müntəzəm dialoqun, həmçinin qanunvericilik sahəsində təcrübə mübadiləsinin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

 





28.07.2026    çap et  çap et