525.Az

“Onkoloji xəstələrin sayı artıb”


 

“Onkoloji xəstələrin sayı artıb” <b style="color:red"></b>

“Bu gün çox təəssüflər olsun ki, bütün dünyada onkoloji xəstəliklərdən əziyyət çəkən insanların sayında artım var. Bu artım Azərbaycanda da müşahidə olunur”.

APA-nın xəbərinə görə, bunu Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev deyib. C. Əliyev bildirib ki, onkoloji xəstəliklərdən əziyyət çəkənlərin sayında artım olmasına baxmayaraq, bəzi xəstəliklər tamamilə müalicə olunur:

“Biz tətbiq etdiyimiz müalicə üsulları ilə xəstələrimizin ömrünü çox uzun müddətə uzada bilirik. Bəzi onkoloji xəstəliklər tərəfimizdən tamamilə müalicə olunur”.

Milli Onkologiya Mərkəzinin baş direktoru uşaqlar arasında da onkoloji xəstəliklərin sayında artım müşahidə olunduğunu qeyd edib.

 





14.03.2015    çap et  çap et