525.Az

Xalq yazıçısı Elçinin kitabı Rusiya mətbuatının diqqətində


 

Xalq yazıçısı Elçinin kitabı Rusiya mətbuatının diqqətində<b style="color:red"></b>

Xalq yazıçısı Elçinin rus dilində nəşr edilən seçilmiş ədəbi-tənqidi məqalə və esselərdən ibarət “Arzu. Həyat. Ədəbiyyat” adlı geniş formatlı kitabı təkcə ölkəmizdə deyil, Rusiya ədəbiyyatşünas və tənqidçiləri arasında da böyük maraqla qarşılanıb.
 
Kitaba toplanmış məqalə və esselər vaxtı ilə “Literaturnaya qazeta”, “Voprosı literaturı”, “Drujba narodov”, “Teatr”, “Yunost” və Moskvanın digər nüfuzlu mətbuat orqanlarında çap olunub, dəfələrlə ilin ən yaxşı məqalələri seçilib.

“Literaturnaya qazeta”nın 6-cı nömrəsində Xalq yazıçısının kitabı haqqında tanınmış publisist-ədəbiyyatşünas Elmira Axundovanın məqaləsi dərc edilib.

Müəllif yazır: “XX əsrin 70-80-cı illərində o zaman istedadlı gənc yazıçı olan Elçin eyni zamanda , bütün Sovet məkanında ən populyar və Moskva mətbuatının tez-tez müraciət etdiyi tənqidçi idi. “Voprosı literaturı” və “Literaturnaya qazeta” Elçinin iştirakı olmadan ümumittifaq miqyaslı ədəbi müzakirələr keçirmirdi... Elçin məşhur Azərbaycan yazıçıları arasında yeganə qələm sahibi idi ki, ciddi ədəbi-tənqidi məqalələri ilə mütəmadi olaraq “Literaturnaya qazeta”nın səhifələrində çıxış edirdi”.

E.Axundova Elçinin məqalə və esselərindəki yüksək elmi-nəzəri səviyyəni, geniş dünyagörüşünü və professionallığı xüsusi qeyd edib.

S.ABDULLAYEVA

 





14.03.2015    çap et  çap et