525.Az

Avro və dollar ucuzlaşıb


 

Avro və dollar ucuzlaşıb<b style="color:red"></b>

Bu gün martın 13-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi ucuzlaşıb.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) martın 16-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkədə dolların rəsmi məzənnəsi 0,0002 manat və ya 0,02% ucuzlaşaraq 1,0487 manat səviyyəsində müəyyən edilib.
 
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0104 manat və ya 0,93% ucuzlaşaraq 1,1019 manat olub.

 





16.03.2015    çap et  çap et