525.Az

“Azərbaycan Dəmir Yolları” fasiləsiz iş rejiminə keçəcək


 

“Azərbaycan Dəmir Yolları” fasiləsiz iş rejiminə keçəcək<b style="color:red"></b> Novruz bayramı günlərində - 20-28 mart tarixlərində “Azərbaycan Dəmir Yolları” QSC-nin müəssisə və stansiyalarında fasiləsiz iş rejimi təşkil ediləcək.
 

Bu barədə “APA-Economics”ə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.
 
N. Əzməmmədov bildirib ki, vaqonların yüklənməsi və boşaldılması prosesində fasilələr olmayacaq.
 
Eyni zamanda bayramı günlərində “Azərbaycan Dəmir Yolları” QSC-nin təsərrüfatları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər.
 
Sərnişin daşımaları departamentinin kollektivi sərnişin sıxlığını qismən də olsa aradan qaldırmaq üçün ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 15-20 əlavə vaqonun qoşulmasını təmin edəcək.
 





16.03.2015    çap et  çap et