525.Az

Xocalı aeroportundan aqrar məqsədlərlə istifadə olunur - Video


 

Xocalı aeroportundan aqrar məqsədlərlə istifadə olunur - <b style="color:red">Video</b>

Azərbaycanın işğal altındakı Xocalı aeroportundan sərnişindaşıma üçün istifadə edə bilməyən Ermənistan rəhbərliyi bunun əvəzinə hava limanından kənd təsərrüfatında istifadə edir.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, aeroportdakı 2 tək motorlu təyyarədən Xocalı rayonunda yerləşən və əkin üçün nəzərdə tutulan torpaq sahələrinin zərərvericilərdən təmizlənməsində, havadan gübrələnməsində və digər məqsədlərlə istifadə olunur.

Xocalı aeroportundan aqrar məqsədlərlə istifadə olunmasını təsdiqləyən video-süjeti təqdim edirik.

 





16.03.2015    çap et  çap et