525.Az

Superliqa klubu baş məşqçisini qovdu


 

Superliqa klubu baş məşqçisini qovdu<b style="color:red"></b>

Yunanıstanın PAOK klubu baş məşqçisi Anqelos Anastasiadisi qovub.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, buna çempionluq uğrunda mübarizə aparan komandanın superliqanın son turunda xal itirməsi səbəb olub.

Öz meydanında "Asteras"la 0:0 bərabərə qalan PAOK-un lider "Olimpiakos"la xal fərqi 10-a yüksəlib. Bu nəticədən narazı qalan klub rəhbərliyi A.Anastasiadislə yollarını ayırmaq qərarına gəlib. Komandanı mövsümün sonunadək Qiorqos Qeorqiadis çalışdıracaq.

Qeyd edək ki, 27 turdan sonra aktivində 51 xalı olan PAOK turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

 





16.03.2015    çap et  çap et