525.Az

Qurani-Kərim brayl əlifbası ilə Azərbaycan dilində nəşr olunacaq


 

Qurani-Kərim brayl əlifbası ilə Azərbaycan dilində nəşr olunacaq<b style="color:red"></b>

Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsi brayl əlifbası ilə nəşr olunacaq.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 16-da Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevi qəbul edib.

Görüşdə ölkəmizdə Qurani-Kərimin brayl əlifbası (ciddi görmə problemli insanların oxuyub-yazması üçün tərtib edilən əlifba) çap olunmasının vacibliyi, bunun üçün mövcud imkanlar və digər məsələlər müzakirə olunub.

Qeyd edilib ki, Dövlət Komitəsinin dəstəyi ilə Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsinin brayl əlifbası ilə nəşr olunması nəzərdə tutulub.

Görüşün sonunda M.Qurbanlı S.Abdullayevə brayl əlifbası ilə çap olunmuş Qurani-Kərim hədiyyə edib.

 





16.03.2015    çap et  çap et