525.Az

Avropa komissarı: "TAP - reallıqdır"


 

Avropa komissarı: <b style="color:red">"TAP - reallıqdır"</b>

Avropa İttifaqı (Aİ) Rusiya enerji daşıyıcılarından asılılığı azaltmaq üçün mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü və saxlanılması strategiyası, o cümlədən yeni qaz boru xətlərinin tikintisi üzərində işləyir.

“APA-Economics”in məlumatına görə, bunu Madriddə baş tutan və Trans-Adriatik Təbii Qaz Boru Xəttinin (TAP) tikintisinə həsr olunan görüş zamanı Energetika məsələləri üzrə Avropa Komissarı Migel Arias Kanyete deyib.
 
“TAP - reallıqdır. Artıq Yunanıstan və İtaliyada ətraf mühitlə bağlı problemlər həll olunub, müvafiq icazələr alınıb... Marşrutların və tədarükçülərin diversifikasiyası yeni yaradılacaq Enerji İttifaqının prioriteti olmalıdır”, - deyə o bildirib.
 
Avropa Komissarı qeyd edib ki, Aİ-nin üzvü olan 28 ölkədən 6-sı tam şəkildə Rusiya qazından asılıdır.
 
Görüş zamanı qeyd olunub ki, Aİ potensial qaz tədarükçüləri olan Əlcəzair, Azərbaycan, Türkmənistan, Türkiyə, o cümlədən Afrika və Yaxın Şərq ölkələri ilə sıx əməkdaşlıq etmək niyyətindədir.
 
“Bununla yanaşı, biz ABŞ və digər ölkələrdən LNG tədarükündə yaranan maneələri də aradan qaldıracağıq”, - deyə M. Kanyete bildirib.

 





17.03.2015    çap et  çap et