525.Az

"Ordumuzun döyüş qabiliyyəti gündən-günə artır”


 

"Ordumuzun döyüş qabiliyyəti gündən-günə artır”<b style="color:red"></b>

“Təəssüflər olsun ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar ötən il də heç bir nəticə verməyib. Ermənistanın tutduğu mövqe mövcud status-kvonun saxlanmasına, məsələnin həllinin qeyri-müəyyən müddətə uzanmasına səbəb olur”.

APA-nın məlumatına görə, bunu Milli Məclisdə Nazirlər Kabinetinin 2014-cü il üzrə fəaliyyəti barədə hesabat verən baş nazir Artur Rasizadə deyib.

O bildirib ki, Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev bunu nəzərə alaraq ordu quruculuğunun daim təkmilləşdirilməsini və ordunun ən müasir silah-sursatla təmin edilməsini, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılmasını gündəlik nəzarətində saxlayır:

“Son zamanlar hərbçilərimizin işğalçı erməni silahlı birləşmələrinin cəbhə xəttində törətdikləri təxribatlara verdiyi tutarlı cavablar Azərbaycan ordusunun döyüş qabiliyyətinin gündən-günə artdığının əyani sübutudur”.

 





17.03.2015    çap et  çap et