525.Az

DİN məlumat yaydı


 

DİN məlumat yaydı<b style="color:red"></b> Daxili İşlər Nazirliyi (DİN) Cəlilabadda baş verən partlayışla bağlı məlumat yayıb.
 

525.az-ın DİN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, martın 16-da saat 08 radələrində Cəlilabad şəhərində rayon sakini Taciəddin Hüseynovun kirayədə yaşadığı evdə təbii qazın sızmasından yanğına keçən partlayış baş verib.

Nəticədə qapı və pəncərə şüşələri sınıb, ev əşyaları qismən yanıb, yanıq xəsarəti alan T.Hüseynov, arvadı Samirə, qızı Mirhumay və oğlu Mirhəbib xəstəxanaya yerləşdiriliblər.
 





17.03.2015    çap et  çap et