525.Az

Oqtay Əsədovdan replika


 

Oqtay Əsədovdan replika<b style="color:red"></b>

Milli Məclisin iclasında çıxış edən millət vəkili Fazil Mustafa bu gün qeyd olunan ilaxır çərşənbə ilə bağlı fikirlərini bildirib.

Trend-in məlumatına görə, bu bayramda adamların evlərə papaq atmasını qeyd edən F.Mustafa deyib ki, papağa nəsə qoyulacaq evlərin darvazaları, hasarları hündür olduğu üçün onlara papaq atmaq olmur.

Millət vəkilinin çıxışına cavab verən spiker Oqtay Əsədovun reaksiyası isə belə olub: “Siz deyirsiniz ki, indi hasarlar hündürdür. Əvvəllər papağı bacadan da atırdılar. Amma sən hansı qapıya papaq atsan, inanmıram ki, sənin papağın boş gəlsin”.

 





17.03.2015    çap et  çap et