525.Az

Ronaldodan təəccüblü göstərici


 

Ronaldodan təəccüblü göstərici<b style="color:red"></b>

"Real"ın futbolçusu Kriştiano Ronaldo vurduğu cərimə zərbələrinin statistikası ilə hər kəsi təəccübləndirib.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, cərimə zərbəsindən vurduğu qollarla adından söz etdirən portuqaliyalı hücumçu son zamanlar uğursuzluğu ilə seçilir.

K.Ronaldo son vurduğu 54 cərimə zərbəsinin heç birində fərqlənə bilməyib. Onun zərbələrindən 22-i canlı səddə dəyib, 18-ni qapıçı dəf edib, 13-ü qapıdan yan keçib, 1-i isə dirəyə dəyib.

Statistikaya əsasən, bu mövsüm "Real"da Qaret Beyl cərimə zərbəsindən ən çox fərqlənən futbolçudur.

 





17.03.2015    çap et  çap et