525.Az

Qarsda Heydər Əliyevin adına liseyin açılış mərasimi keçirilib


 

Qarsda Heydər Əliyevin adına liseyin açılış mərasimi keçirilib <b style="color:red"></b> Türkiyənin Qars şəhərində Heydər Əliyevin adına Anadolu Peşə və Texniki Liseyinin rəsmi açılış mərasimi keçirilib.
 
APA-nın məlumatına görə, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan prezidenti Georgi Marqvelaşvili iştirak edib. Mərasimdə Azərbaycan və Türkiyə prezidentləri çıxış ediblər.
 
Xatırladaq ki, hər üç ölkənin prezidenti Trans-Anadolu boru kəmərinin (TANAP) təməlqoyma mərasimində iştirak etmək üçün Qarsda səfərdədir.
 





17.03.2015    çap et  çap et