525.Az

TANAP-ın təməlqoyma mərasimi keçirilib


 

TANAP-ın təməlqoyma mərasimi keçirilib<b style="color:red"></b>

Türkiyənin Qars şəhərində Trans-Anadolu boru kəmərinin (TANAP) təməlqoyma mərasimi keçirilib.

APA-nın məlumatına görə, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan prezidenti Georgi Marqvelaşvili, Avropa Komissiyasının vitse-prezidenti Maroş Şevçovic, Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və digər rəsmi şəxslər iştirak edib. Düymə hər üç ölkə prezidenti tərəfindən basılıb. 

Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyan TANAP layihəsi çərçivəsində ilk qaz nəqlinə 2018-ci ildə başlanması planlaşdırılır.

Başlanğıcda illik 16 milyard kubmetr təşkil edəcək nəql həcminin mərhələli surətdə əvvəlcə 24 milyard, daha sonra 31 milyard kubmetrə yüksəldilməsi nəzərdə tutulur.

 





17.03.2015    çap et  çap et