525.Az

Prezidentlərin təyyarədə çay süfrəsi


 

Prezidentlərin təyyarədə çay süfrəsi <b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyevin Türkiyənin Qars şəhərinə işgüzar səfəri başa çatıb.
 
525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Qars şəhərinin beynəlxalq hava limanında dövlət başçısını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yola salıb.
 
Dövlət başçısı İlaxır çərşənbə münasibətilə Türkiyə prezidentini təyyarəyə çay süfrəsinə dəvət edib.
 
Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə çay süfrəsi arxasında söhbət ediblər.
 





18.03.2015    çap et  çap et