525.Az

Putin Ərdoğana zəng edib


 

Putin Ərdoğana zəng edib<b style="color:red"></b> Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan ilə telefon əlaqəsi yaradaraq iki ölkənin müştərək enerji layihələrini müzakirə edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilir.  
 
“İkitərəfli əməkdaşlığın müxtəlif aspektləri, Yüksək səviyyəli əməkdaşlıq şurasının 5-ci iclasının əsasən enerji sahəsində “Türk axını” da daxil olmaqla müştərək layihələrə dair qəbul edilən mühüm qərarların icrası müzakirə olunub”, deyə mətbuat xidmətindən bildirilib.   
 
Putin və Ərdoğan, həmçinin, beynəlxalq və regional siyasətin aktual məsələlərini müzakirə ediblər. 
 





18.03.2015    çap et  çap et